Sen 06, 2018 15:09 Asia/Baku
  • İnqilab Rəhbəri: Düşmən İran xalqını məyus və bədbin etməyə çalışır

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei hazırkı təhlükəli və həssas məqamda xalq və ziyalıların üzərinə düşən başlıca vəzifənin dövlət orqanları ilə birlik və həmrəyliyin qorunması, məyusluq, ümidsizlik və çarəsizlik atmosferinin yaranmasına mane olmaq adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri bu gün səhər Rəhbərlik Ekspertləri Məclisinin sədri və üzvləri ilə görüşdə deyib: İran xalqının bədxahları iqtisadi savaş ilə yanaşı media və təbliğat savaşını da gündəmə daxil ediblər. Buna görə də tənqidlər xeyirxahlıq və islahatların aparılması məqsədinə malik olmalıdır.

Həzrət Ayətullahülüzma Xamenei milli birlik və həmrəyliyin qorunmasını habelə, ümumi fikrin formalaşdırılmasını istəyərək, deyiblər: Bu gün İslam quruluşu hərtərəfli bir iqtisadi savaş ilə üz-üzədir. Bu savaş vahid bir düşüncə otağı tərəfindən dəqiq və hərtərəfli formada istiqamətləndirilir. Amma, bu savaşın kənarında böyük önəm kəsb edən media və təbliğat savaşı da cərəyan etməkdədir və bəzən bu məsələ diqqətlərdən kənarda qalır.

İnqilab Rəhbəri bu media və təbliğat savaşının daha öncə də mövcud olduğunu xatırladaraq deyiblər: Hazırda bu savaş daha ciddi və iri miqyaslı forma alıb. Əldə olan məlumatlara görə, ABŞ və sionist rejimin casusluq orqanları regionun zalım rejimlərinin maliyyə dəstəyi ilə belə bir media savaşı üçün geniş imkanlar yaradıblar və İran ictimaiyyətinin təbliğat və düşüncə atmosferini zəhərləməyə çalışırlar.

İslam İnqilabının Böyük Rəhbəri bədxahların media təbliğatlarına və bütün çətinliklərə baxmayaraq, İnqilab və İranın inkişaf etməkdə olduğunu deyiblər.

İnqilab Rəhbəri daha sonra deyiblər: Gənclərin Ərbəin yürüşündə, "Etikaf"da, camaat namazlarında və Ramazan məclislərində geniş iştirakı mənəvi sahədəki inkişafın göstəricisidir.

Həzrət Ayətullahülüzma Xamenei daha sonra ölkənin hazırkı şəraitində mühüm bir məsələyə yəni, xalq və dövlət orqanları arasında birliyə təkid edərək, deyiblər: etimadın cəlb edilməsi sahəsində məsuliyyətin əsas hissəsi dövlər orqanlarının üzərinə düşür. Əlbəttə, tribuna sahibləri də bu işə kömək etməlidirlər.

Teqlər