Okt 29, 2018 21:28 Asia/Baku
  • İran prezidenti İndoneziyaya baş sağlığı verdi
    İran prezidenti İndoneziyaya baş sağlığı verdi

İran İslam Respublikası prezidenti sərnişin təyyarəsinin süqut etməsinə görə İndoneziya xalqı və dövlətinə başsağlığı verdi.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü İndoneziya prezidenti Coko Vidodo-ya ünvanlanmış müraciətdə bu ölkənin sərnişin təyyarəsinin süqut etməsi nəticəsində bir qrup insanın ölməsinə görə başsağlığı verərək, İran xalqı və dövlətinin İndoneziya xalqının və dövlətinin acısını bölüşdüyünü deyib. 

İndoenziyaya aid bir ədəd Boinq 737 tipli sərnişin təyyarəsi 188 sərnişin ilə bu gün İndoneziyanın sahil sularında süqut edib. 

İndoneziyanın Xilasetmə Təşkilatı sədrinin dediyinə görə, bu hadisədən sağ qurtulan olmayıb. 

Teqlər