Zərif: Qonşuların təhlükəsizliyi və inkişafı təhlükəsiz bir məntəqənin xüsusiyyətidir
Yan 14, 2019 21:27 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri Tehranın baxışında təhlükəsiz məntəqənin xüsusiyyətlərini şərh edərkən deyib: İran İslam Respublikasının baxışında təhlükəsiz və güclü məntəqədə bir ölkə öz təhlükəsizliyini qonşu ölkələrin təhlükəsizliyindən ayrı görmür.
İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bağdadda iranlı və iraqlı iş adamlarının birgə iqtisadi forumunda deyib: Təhlükəsiz və güclü məntəqədə bir ölkə qonşu ölkələrin inkişafı və təhlükəsizliyini öz inkişafı və təhlükəsizliyi hesab etməlidir.
Zərif əlavə edib: Belə bir məntəqədə dialoq mühribənin, əməkdaşlıq silahlanma rəqabətinin, qardaşlıq xaricilərə etimad etməyin yerini tutur.