Yan 24, 2019 09:44 Asia/Baku
  • Haşimi ABŞ hökumətinin həbsindən azad edilib
    Haşimi ABŞ hökumətinin həbsindən azad edilib

İranın Amerikadakı maraqlarını qoruyan ofisin başçısı bildirib ki, on bir gün bundan öncə Amerikaya daxil olarkən həbs olunmuş Press TV-nin aparıcısı Mərziyyə Haşimi azad edilib.

Mehdi Atefət bu gün səhər tezdən IRNA ilə müsahibədə deyib: Press TV-nin aparıcısı çərşənbə günü axşam ABŞ hökumətinin həbsindən azad edilib.

Mehdi Atefət əlavə edib: İranın Amerikadakı maraqlarını qoruyan ofis Mərziyyə Haşiminin həbs olunmasının elə əvvəlindən məsələnin hüquqi cəhətlərini ciddi şəkildə izləyib və əlaqədar mərkəzlərlə təmasda olubdur.

İranın Amerikadakı maraqlarını qoruyan ofisin başçısı vurğulayıb: Amerika federal polis başçılarının bildirdiklərinə əsasən, Mərziyyə Haşimiyə qarşı heç bir ittiham irəli sürülmür və o, yalnız bir şahid kimi həbs olunmuşdu və bu üzdən, proqnoz edilirdi ki, o, çərşənbə günü məhkəmədə şəhadət verəndən sonra azad ediləcək.

Mehdi Atefət həmçinin deyib: Amerikada İslam Ümməti Hərəkatının cidd-cəhdləri və Vaşinqtonda keçirilən aksiyalar Press TV müxbirini azadlığında təsirli olubdur.

Press TV kanalının Amerika əslli aparıcısı, müxbiri, sənədli filmlər yaradıcısı və diktoru Mərziyyə Haşimi heç bir dəlil olmadan yanvarın on üçündə Amerikanın Sent-Luis hava limanında həbs olunaraq, zindana köçürülmüşdü.

 

Teqlər