Fev 12, 2019 19:18 Asia/Baku

İran xalqının İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümündə “22 Bəhmən” yürüşündəki əzəmətli iştirakı dünyanın tanınmış və aparıcı medialarının əsas xəbər başlığına çevrilib.

Bəzi Qərb mediaları İran xalqının “22 Bəhmən” yürüşündəki iştirakını qərəzli formada işıqlandırmağa çalışsa da, İran xalqının 40 ildən sonra hələ də İslam İnqilabını himayə etdiyini etiraf etməyə məcbur olublar.

CNN telekanalı dünən öz müxbrinə istinadla İran xalqının təslim olmayacağını dedi. Bu bir növ Tramp hökumətinin və ABŞ dövlət katibi Mayk Pompeonun arzularına verilmiş cavab sayılır.

 

Fredrik Playtkin – CNN kanalının müxbiri: “Bəzi yürüş iştirakçıları ilə söhbət etdim. Onlar, Amerikanın nüvə anlaşmasından çıxdığı və İrana qarşı sanksiyaları bərpa etdyi üçün qəzəbli idilər. Əlbəttə, onlar ötən 40 ildə ABŞ-ın oxşar rəftarlarının şahidi olduqlarını da söylədilər. Amma, bu təzyiqlər İran İslam Respublikasını təslim olmağa məcbur edə bilməyib. Onlar, bu dəfə də təzyiqlər qarşısında təslim olmayacaqlarını dedilər.”

 

Röyters xəbər agentliyi də 4 müxbirindən daxil olan məlumatlara istinadla İran xalqının “22 Bəhmən” yürüşündəki milyonluq iştirakını “100 minlərlə” ifadəsi ilə vəsf etməyə çalışsa da, daha sonra bir iranlının əl yazısına istinadla öz reprtajını belə tamamlayıb: “Xalq , bəzi məsələlərdən narazı olsa da, İslam Respublikasını dəstəkləmək üçün küçələrə axın etdi.”

 

Almaniyanın 2-ci telekanalının müxbiri də “22 Bəhmən” yürüşü ilə bağlı reportajında dedi: “İranlıların böyük əksəriyyəti İslam Respublikası ilə heç bir problemlərinin olmadıqlarını, sadəcə bəzi rəsmilərin rəftarlarına dair tənqidləri olduğunu deyirlər.”

 

Amma, ABŞ və sionist rejim başçılarının açıqlamaları onların ümidsizlikləri və çarəsizliklərindən xəbər verirdi. Belə ki, ABŞ prezidenti Donald Tramp bu dəfə fars dilində Tvitt paylaşaraq, bir daha İranı regionda gərginlik yaratmaqda ittiham edib.

 

Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton da bir müddət öncəyə kimi İranlıların İslam İnqilabının 40-cı ildönümü görməyəcəklərini və İslam Respublikasının məğlubiyyətini qeyd etmək üçün Tehrana səfər edəcəyini desə də, bu dəfə İran xalqının “22 Bəhmən” yürüşündəki əzəmətli iştirakını 40 illik uğursuzluğun nişanəsi adlandırdı və İranın öz rəftarını dəyişməli olduğunu dedi.

 

Sionist rejimin baş naziri Benyamin Netanyahu da İran xalqının “22 Bəhmən” yürüşündəki milyonluq iştirakından qəzəblənərək, bir video-müraciətdə İranı təhdid etdi.

 

Amma, İspaniyanın xarici işlər naziri İran İslam İnqilabının ötən 40 ildə əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib. Xoze Borel yazıb: Amerika 1979-cu ildə İslam İnqilabı qarşısında məğlub oldu. Və bu gün İran böyük bir regional gücə çevrilib. İran terrorizm ilə savaşda Suriyaya kömək etdi. Amerika isə bu gün bu ölkəni tərk etməkdədir.