Avq 11, 2019 19:32 Asia/Baku
  • Hindistan və Pakistan təmkinlilik göstərsinlər

İran prezidenti Pakistanın baş naziri ilə telefon söhbətində vurğulayıb: İran Hindistan və Pakistandan istəyir ki, təmkinliliyi qorumaqla Kəşmirdə günahsız əhalinin qırğınının qarşısını alsınlar.

Həsən Ruhani bölgənin, xüsusən Hind yarımadasının təhlükəsizliyini İran üçün önəmli adlandırıb. O, deyib: İran bölgədə sülh və təhlükəsizliyin sabitliyi və müsəlman xalqların hüquqlarının reallaşması üçün əlindən gələni əsirgəməyəcək.

Ruhani İranla Pakistanın daim dost, qonşu və qardaş ölkə olduqlarını və bundan sonra da olacaqlarını bildirib.

O, deyib: İran daim bölgədə gərginliyin qarşısını almaq üçün səy göstərib və müsəlman Kəşmir əhalisi də öz qanuni hüquqlarından istifadə edərək, asayişdə yaşaya bilməlidir.

Teqlər