Avq 20, 2019 17:16 Asia/Baku
  • İnqilab Rəhbərinin hökmü ilə İslam Fiqhi üzrə Ensiklopediya Müəssisəsinin rəisi təyin olunub

İslam İnqilabının Böyük Rəhbəri bir hökmdə höccətulislam vəlmuslimin Həsən Nəzərini İslam Fiqhi üzrə Ensiklopediya Müəssisəsinin rəisi təyin ediblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu hökmdə İslam Fiqhi üzrə Ensiklopediya Müəssisəsinin rəisi höccətulislam vəlmuslimin Hac Seyyed Əlireza Haerinin vəfatından təəssüf ifadə edərək, höccətulislam vəlmuslimin Hac Şeyx Həsən Nəzəriyə xitabən belə qeyd ediblər: Əlhəmdulillah, qənaətbəxş elmi dərəcəyə, əxlaq və müdiriyyət ləyaqətinə malik olduğunuz üçün sizi bu mübarək müəssisənin rəisliyinə təyin edirəm.

Həzrət Ayətullahuluzma Xamenei bu hökmdə buyurublar: Gözlənilir ki, əlhəmdulillah, həmin müəssisədə öz ləyaqətlərini sübut etmiş görkəmli və tədqiqatçı din alimlərinin həmkarlığından istifadə edərək, bu şəcəreyi-təyyibənin bərəkətlərinin davam etməsinə ciddi-cəhd və müxtəlif qərarlarda inzibata riayətlə həmin elmi mərkəzin sağlamlığı və paklığını təmin edəsiniz.

İslam Fiqhi üzrə Ensiklopediya Müəssisəsinin rəisi höccətulislam vəlmuslimin Hac Seyyed Əlireza Haeri iyulun 18-də insult keçirərək, Qum şəhərində vəfat etdi.

Teqlər