Sen 10, 2019 20:38 Asia/Baku
  • Zərif Trampa: Netanyahunun şüarı,

İranın xarici işlər naziri bir twitt-də ABŞ prezidentinə xitabən yazıb: Netanyahunun şüarı 1986-cı ildən bu olubdur: Sonuncu Amerika əsgərinədək vuruşacağıq.

Məhəmməd Cavad Zərif virtual mühitdə sionist rejimin baş naziri Benyamin Netanyahudan video yayaraq, yazıb: Tramp, heç bilirdin ki, Netanyahu Amerikanın Əfqanıstan bataqlığına çəkilməsində bir vasitə olubdur? Özün də bilirsən ki, həmin bataqlıqdan çıxa bilməzsən.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün C-SPAN amerikan kanalından olan təsvirləri öz şəxsi twitter səhifəsində yayıbdır ki, onda sionist rejimin baş naziri Benyamin Netanyahu Amerikanı özünün terrorçu rejimlər adlandırdığı məsələ ilə mübarizəyə təşviq edir.

Netanyahunun 1986-cı ildən bəri şüarı, sonuncu Amerika əsgərinədək vuruşmaq olubdur.

ABŞ və müttəfiqləri Əfqanıstanda terrorizmlə mübarizə və təhlükəsizliyi təmin etmək bəhanəsi ilə 2001-ci ildə bu ölkəyə hücum etdilər və o zamandan bəri Əfqanıstanda əmin-amansızlıq, terrorizm və narkotik istehsalı kəskin şəkildə artıbdır.

Əfqanıstanın xalqı və rəsmiləri dəfələrlə ABŞ-ın bu ölkədəki hərbi iştirakını tənqid edərək, onları Əfqanıstandan çıxmağa çağırıblar.

Teqlər