Sen 12, 2019 17:15 Asia/Baku
  • İran ərəb komitəsinin bəyanatındakı təkrar ittihamları rədd edib
    İran ərəb komitəsinin bəyanatındakı təkrar ittihamları rədd edib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bəzi ərəb ölkələrinin İrana qarşı əsassız iddialar irəli sürmək üzrə əbəs səylərini ötən siyasi səhvlərin davam etməsinə israr adlandırıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu gün Qahirədə, ərəb komitəsinin 12-ci iclasının bəyanatındakı təkrar və rədd olunan anti-İran ittihamları bir daha rədd edərək, vurğulayıb: İran İslam Respublikası özünün Fars Körfəzindəki üçlü adalara əbədi hakimiyyətinə qarşı əsassız ittihamların təkrar olunmasını və regional siyasətdə nakam qalan bəzi ərəb ölkələrinin günahı oz boyunlarından atmalarını onların dünya və region reallıqlarının dərkində aciz qalmalarının dəlili hesab edir.

Mousəvi həmçinin bəzi region ölkələrinin bölgə ölkələrinin gücünə söykənmək yerinə, Fars Körfəzi ətrafında gəmiçiliyin təhlükəsizliyi barədə əcnəbilərin əsassız və qeyri-faktik iddialarını alqışlamalarından təəssüf ifadə edibdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bölgənin aqilliyə və reallığa ehtiyac duyduğu bir şəraitdə keçmiş nəticəsiz səhvlərə israrı yanlış yolda hərəkət adlandırıbdır ki, regionda problemlərin artmasından başqa heç bir nəticəsi olmayacaqdır.

Teqlər