Sen 19, 2019 18:56 Asia/Baku
  • Zərif: İrana hərbi hücum “hərtərəfli bir savaş”la nəticələnəcək
    Zərif: İrana hərbi hücum “hərtərəfli bir savaş”la nəticələnəcək

İranın xarici işlər naziri vurğulayıb ki, İran özünü müdafiə etmək üçün bir an belə qəflətə qapılmayacaq. O, deyib: İrana hərbi hücum “hərtərəfli bir savaş”la nəticələnəcək.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün yayılan CNN telekanalı ilə müsahibəsində İrana qarşı hər cür hərbi addım barədə Vaşinqton və Ərriyada xəbərdarlıq edərək, deyib: İran İslam Respublikası heç zaman savaş istəməyib və bölgənin hərbi qarşıdurmaya girməsini də istəmir.

İranın xarici işlər naziri həmçinin yəmənlilərin səudiyyə ərəbistanının neft təsisatlarına qarşı intiqam mahiyyətli əməliyyatı barədə Amerikanın İrana ittiham vurmasına işarə edərək, deyib: Tehranın bu hərəkətdə rolu olmayıb və Yəmən ordusu da bu əməliyyatın məsuliyyətini öz üzərinə götürübdür.

“Səudiyyəlilər bu məsələyə aydınlıq gətirməlidirlər ki, bölgədə nəyin ardıncadırlar”-deyə Zərif əlavə edib: Yəmən xalqı səudların, uşaqları və onların ailələrini qətli-am etmək üzrə cinayətləri qarşısında özünü müdafiə edir.

İranın xarici işlər naziri habelə vurğulayıb ki, Amerika ilə müzakirə imkanı yoxdur. O, əlavə edib: Amerika prezidenti Donald Tramp hökuməti ilə müzakirə 2015-ci il nüvə anlaşmasına əsasən, bütün sanksiyaların ləğvindən öncə bərpa edilməyəcək.

 

Teqlər