Okt 15, 2019 15:16 Asia/Baku
  • Ümumdünya səhiyyə təşkilatının baş katibi: İran səhiyyə sahəsində şərqi aralıq bölgəsində öncüldür

Ümumdünya səhiyyə təşkilatının baş katibi bildirib ki, İran İslam Respublikası səhiyyə sahəsində şərqi aralıq bölgəsində öncüldür. O, deyib: İran səhiyyə xidtmələrini yüksəltməklə yoluxucu xəstəliklər, uşaq və qadınların ölümünü nəzarətə alıbdır.

Tedros Adhanom bu gün Tehranda Ümumdünya səhiyyə təşkilatının şərqi aralıq bölgəsinin səhiyyə nazirlərinin 66-cı iclasında əlavə edib: İranın səhiyyə nailiyyətlərinə əsasən, Ümumdünya Səhiyyə Təşkilatı daha yüksək və daha yaxşı xidmətlər göstərməsi üçün bu ölkəyə kömək etməyə borcludur.

Şərqi aralıq bölgəsinin səhiyyə nazirlərinin 66-cı iclası bu gün İran prezidentinin iştirakı ilə Tehranda işə başlayıb.

Bölgə üzrə 22 səhiyyə nazirinin iştirakı ilə keçirilən bu iclasda yoluxucu xəstəliklərlə bağlı bəhslər, ailə həkimi, qeyri-yoluxucu xəstəliklər, dərman və onun xərclərinin təmini, körpələr, uşaqlar, yeniyetmələr və gənclərin sağlamlığı, həmçinin sağlamlıqla bağlı ən mühüm məsələlər, o cümlədən yaşayış tərzi və onun müxtəlif ölkələrin vətəndaşlarının sağlamlığında təsiri ətrafında fikir mübadiləsi aparılacaq.

 

 

Teqlər