Noy 08, 2019 21:50 Asia/Baku
  • Xarici PUA həssas məkanlara çatmazdan öncə məhv edilib
    Xarici PUA həssas məkanlara çatmazdan öncə məhv edilib

İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandanı İranın cənub-qərbindəki Mahşəhr ümumi bölgəsində yerləşən zenit-raket sistemi tərəfindən bir xarici pilotsuzun məhv edilməsindən xəbər verib.

Briqada generalı Əlireza Səbbahifərd deyib: Bu qəti addım və raketin atılması bir ədəd təcavüzkar xarici PUA-nın İranın hava məkanına təcavüzünə reaksiyada olub və təcavüzkar pilotsuz həssas məkanlara çatmazdan öncə ölkənin vahid zenit-raket sisteminin sayıqlığı ilə məhv edilibdir.

Briqada generalı Səbbahifərd vurğulayıb: İranın vahid zenit-raket sistemi tam hazırlıqla İranın hava məkanına qarşı hər cür təcavüzə qətiyyətlə cavab verəcək.

Cümə günü səhər tezdən yerli mənbələr Xuzistan vilayətinin Mahşəhr limanında partlayış səsinin eşidilməsindən xəbər verdilər. Bir müddət sonra məlum oldu ki, partlayış səsi naməlum bir uçan aparatın ordunun hava hücumundan müdafiə qüvvələri tərəfindən hədəfə alınmasından irəli gəlibdir.

 

Teqlər