Noy 12, 2019 20:11 Asia/Baku
  • Anti-İran sanksiyaları 15 uşağın həyatına son qoydu
    Anti-İran sanksiyaları 15 uşağın həyatına son qoydu

Amerikanın sanksiyaları və bəzi dərman preparatları və səhiyyə ləvazimatlarının İrana daxil olmaması “Bullyoz epidermoliz” və ya EB xəstəliyinə tutulmuş on beş uşağın ölümü ilə nəticələnib.

EB evinin icraçı müdiri Seyyed Həmidreza Haşemi Qolpayeqani bir müsahibədə deyib: Əgər EB-yə tutulmuş uşaqlar sarğıya malik olmuş olarlarsa, problemlərinin səksən faizi öz həllini tapmış olar. Xəstə paltar geyinə bilər və libas, yarasına cəzb olunmaz. Yalnız belə olan şəraitdə EB uşağı məktəbə gedə bilər.

Qolpayeqani əlavə edib: ABŞ sanksiyalarının 2017-ci ildə yenidən geri dönməsindən sonra müxtəlif orqanlarla məsləhət etdik. Həmçinin dünyada bu sarğının yeganə istehsalçısı olan İsveçin “Melnlike” şirkəti ilə məktublaşdıq. Həmin isveçli şirkət cavab məktubunda rəsmən bildirdi ki; sizin ölkəniz sanksiya şəraitindədir və biz sizin sarğı payınızı göndərə bilmərik.