Yan 30, 2020 10:34 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şami-şəhadət əzadarlığı mərasimi keçirilib

İslam İnqilabının Böyük Rəhbəri və İranın bir qrup məsul şəxsinin, eləcə də xalqın müxtəlif təbəqələrindən minlərlə nəfərin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şami-şəhadət əzadarlığı mərasimi keçirilib.

Bu mərasimdə höccətulislam vəlmuslimin Ali öz çıxışında möminlər üçün ən mühüm və ən ağır imtahanı çətin şəraitdə “vəliyyi ilahi”yə tabe olmaq adlandırıb və belə deyib: Bu imtahanda müvəffəqiyyətin şərti, nəfs-in istəklərindən keçmək və şeytani təlqinlərlə mübarizə aparmaqdır. O, sonra deyib: Vilayətsevərlik o deməkdir ki, insan Allahın vəlisinin fikir və qərarlarını öz istək və fikrindən üstün tutmuş olur.
Höccətulislam Ali İslam İnqilabını İran cəmiyyətində vilayətsevərliyin yüksəlməsi amili adlandırıb. O, deyib: İnqilabdan öncəyədək Əhli-Beyt(ə)-ə və dini maarifə məhəbbət ifadə etmək fərdi bir cəhət idi, amma İmam Xomeyni(r.ə.) hərəkatı ictimai vilayətin yaranmasına səbəb oldu.

Bu mərasimdə həmçinin mərasimin mədhiyyəçisi müsibəti zikr edib, mərsiyyə oxuyaraq, Həzrət Seddiqeyi-Kübra(s.ə)-nın müsibətlərindən danışıbdır.

Dünən 1441-ci hicriye-qəməri ili cəmadiussani ayının üçü, Böyük İslam Peyğəmbəri(s.ə)-ın əziz qızı və dünya şiələrinin birinci imamı, əmirəlmöminin Həzrət Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-ın şəhadətinin ildönümü günü idi.

 

 

Teqlər