Fev 14, 2020 11:13 Asia/Baku
  • General Səlamidən ABŞ-a və sionist rejimə xəbərdarlıq!
    General Səlamidən ABŞ-a və sionist rejimə xəbərdarlıq!

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin və silahdaşlarının şəhadətlərinin Tehranda yerləşən İmam Xomeyni(r.ə.) adına mosəllada keçirilən ərbəin mərasimində bir sionist rejim başçısının bu rejimin iranlıları Suriya və İraqda vurmaq üçün amerikalılarla işləri bölüşdüyünü bildirməsinə cavab olaraq, deyib: Əgər sionist rejim və Amerika xəta edərlərsə, Sepah onların hər ikisini vuracaqdır.

General-mayor pasdar Hoseyn Səlami İranın Amerika hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaniyə qaşı terror hərəkətinə olan raket cavabına işarə və belə əlavə edib: Amerikaya güclü şapalaq vuruldu, amma sonuncu amerikalı hərbçi islami torpaqlardan çıxanadək böyük və yekun şapalaq davam edəcək və bu həqiqət yaxındadır.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı həmçinin bildirib: General Soleymani Aralıq dənizi bölgəsinin şərqində dayandı ki, İslama ziyan dəyməsin və islami torpaqlar bir daha işğal edilməsinlər. O, deyib: General Soleymaninin addımları hesabına, işğal olunmuş Fələstinin bütün nöqtələri fələstinlilərin atəşi altındadır.

General-mayor Səlami sonra deyib: General Soleymani İslam Dünyasını birləşdirdi və Amerikanın yeni Yaxın Şərq yaratmaq üzrə siyasətlərini məğlubiyyətə uğratdı.