May 12, 2020 21:02 Asia/Baku
  • İslam inqilabının böyük rəhbəri ordunun dəniz qoşunlarından bir qrupun şəhadəti münasibəti ilə başsağlığı veriblər

İslam inqilabının böyük rəhbəri İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının dənizçilərindən bir qrupunun "Konarək" qayığında baş verən kədərli qəza nəticəsində şəhid olması münasibəti ilə başsağlığı verərək, şəhid olanların ailələrinə səbr və sakitlik, hadisədə yaralananlara isə Allah taaladan şəfa diləyiblər.

SaharAzeri-nin verdiyi məlumata görə, İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahül-üzma Xamenei bu gün İİR ordusunun baş komandanı General Leytenant Seyid Əbdürrəhim Musəviyə etdiyi müraciətdə buyurublar: Dəniz qoşunları dənizçilərindən bir qrupunun şəhadəti ilə nəticələnən Konarəq qayığında baş vermiş ağrılı hadisə çox acı və təəssüf doğuran hadisədir. 

İİR Silahlı Qüvvələrinin Ali Baş Komandanı bildiriblər: Doğrudur çətin və iftixarlı xidmət zamanı can verən zəhmətkeş personel  ilahi mükafat və savabdan bəhrələnirlər, ancaq  onların ailələrinin qəm və kədəri, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunları üçün səmimi və çalışqan gənclərin boşluğu,son dərəcə böyük və ağırdır. 

Konarək yüngül locestik qayığı bazar günü İranın cənubunda Çabahar və Cask sularında dəniz təlimləri zamanı qəzaya uğrayaraq nəticədə qayığın personelindən 19 nəfər şəhid oldu. 

 

Teqlər