May 22, 2020 00:10 Asia/Baku
  • Ruhani: Qüds günü müsəlmanların islam amallarını müdafiədəki vəhdətinin simvoludur

İran İslam Respublikası prezidenti ümumdünya Qüds günü münasibəti ilə müraciətində "Qüds Fələstinin paytaxtı" dəyişməz prinsipini vurğulayaraq bildirib ki, mübarək ramazan ayının sonuncu düməsində məzlum Fələstin xalqına dəstək müəlmanların islam amallarını müdafiə uğrundakı vəhdəti, həmrəyliyi və müqavimətinin simvoludur.

SaharAzeri xəbər verir: İran İslam Respublikası Prezident Administrasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, Həsən Ruhani bu müraciətdə ümumdünya Qüds gününü anaraq yekun qələbənin mücahidlər və səbr edənlərə nəsib olacağının qəti olduğunu vurğulayıb. 

Ruhani İran xalqının Fələstin amallarına daima dəstək verdiyini xatırladıb və deyib: İranın igid və anlayışlı xalqı islam inqilabının amalları və İmam Xomeyninin(r.ə) dünyanın məzlum xalqları xüsusiylə müdafiəsiz Fələstin xalqına dəstəyindən ilham alaraq daima aydınladan hərəkatların öncülü və mənşəyi olmuşdur. 

İİR prezidenti bildirib: Zalımlarla mübarizə və məzlumlara dəstək davam edəcək ona görə ki, bu iradə və şövq ilham verici və parlaq Aşura məktəbindən mənşə alır. 

Sabah cümə mayın 22-ci günü ramazan ayının 28-i ümumdünya qüds gününə təsadüf edir. 

Mübarək ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) təşəbbüsü ilə ümumdünya Qüds günü adlandırılıb və beləliklə bu gündə dünya boyu müsəlmanlar və azadlıqsevərlər sionist rejimin rasist siyasətlərinə qarşı öz nifrət və qəzəblərini nümayiş etdirirlər. 

Teqlər