May 28, 2020 15:35 Asia/Baku
  • İranda 112 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 112 min 988 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün jurnalistlərə açıqlamasında İranda koronavirusa yoluxanların son sayı barədə ötən sutka ərzində iki min 258 yeni xəstənin aşkar edildiyini bildirib.

Cəhanpour sonra deyib: Yeni yoluxanlar arasından 419 nəfər xəstəxanaya yatırılıb və min 839 hal da yoluxanlarla təmasda olan şəxslər olubdur. Bütövlükdə İranda koronavirusa yoluxanların sayı 143 min 849 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 63 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 7 min 627 nəfərə çatıbdır.

Dünyada koronavirusa yoluxanların sayı da beş milyon 800 nəfəri ötüb keçibdir ki, bu miqdardan azı 357 min nəfər həyatını itirib və 2 milyon 510 min nəfərdən çox xəstə də sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər