May 29, 2020 16:20 Asia/Baku
  • İranda 114 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 114 min 931 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

SəhərAzəri xəbər verir,Kiyanuş Cəhanpour bu gün jurnalistlərə açıqlamasında İranda koronavirusa yoluxanların son sayı barədə ötən sutka ərzində iki min 819 yeni xəstənin aşkar edildiyini bildirib.

Cəhanpour sonra deyib ki, yeni yoluxanlardan 547 nəfər xəstəxanaya yatırılıb və bütövlükdə İranda koronavirusa yoluxanların sayı 146 min 668 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 50 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 7 min 677 nəfərə çatıbdır.

Teqlər