İyun 01, 2020 12:47 Asia/Baku
  • ABŞ-da rənglidərililərin yatırılması dünya xalqlarında təəssüf doğurur

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Tehran Amerikanın daxili işlərinə hər cür müdaxiləni rədd edir. O, deyib: Rənglidərililər xüsusiyyət təşkil etməklə Amerika vətəndaşlarına qarşı ən vəhşicəsinə repressiyalar bütün dünya xalqlarının təəssüfü və narahatlığına səbəb olur.

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bu gün səhər bir mətbuat konfransında ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Robert Obrayenin Amerikadakı son çaxnaşmalarda İranın rolu barədəki iddiasına işarə ilə, belə qeyd edib: Hazırda Amerikada cərəyan edən etirazlar illər boyu bu ölkə xalqının səsinin batırılması və ona qarşı repressiyların nəticəsidir. Belə bir vəziyyətdə Amerika rəsmilərinin günahı başqalarının boynuna yıxmaqdan savayı bir çarələri yoxdur.

Musəvi Amerika xalqına xitab etdiyi müraciətdə vurğulayıb: Dünya sizin məzlumluq səsinizi eşidib və sizin kənarınızda durubdur.

O, Amerika hökuməti və polisiniə isə belə tövsiyə edib: Öz xalqınıza qarşı zorakılıqları dayandırın və qoyun, onlar nəfəs alsınlar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin İran tankerlərinin Venesuelaya göndərilməsinə toxunub və belə qeyd edib: İran və Venesuela boykot deyillər. Əslində Amerika tərəfindən birtərəfli və zalımcasına sanksiyaya məruz qalıblar ki, heç bir ölkə ona riayət etməyə borclu deyil və İran İslam Respublikası öz hüquqlarını hətta uzaq məsafələrdə belə müdafiə edəcəkdir.

 

Teqlər