İyun 02, 2020 17:58 Asia/Baku
  • İran məclisinin üzvləri ABŞ polisinin irqçi terrorizmini pisləyiblər

İran İslam Şurası Məclisinin üzvləri ABŞ polisinin bu ölkədəki qaradərililərə qarşı irqçi terrorizmini pisləyiblər.

SaharAzeri xəbər verir: İran parlamentinin üzvləri bu gün bir açıqlamada bildiriblər ki, son günlərin hadisələri amerikan insan haqları reallığını üzə çıxardı və Amerikanın terrorçu prezidentinin etirazçıları qırmaqla hədələmək barədəki sözlərini açıb göstərdi. Digər ölkələrin xalqları Amerikanın dövlət terrorizminin yeganə qurbanları deyildirlər. Müxtəlif irqlərdən olan bu ölkənin xalqı da bu ölkənin terrorçu hökumətinin ilk qurbanıdır.

İran İslam Şurası Məclisinin üzvləri bildiriblər ki, qaradərililər onilliklər boyudur, Amerika rejiminin irqi terrorizminin təzyiqi altında nəfəs almaq qüdrətinə malik deyildirlər.

O, ümidvarlıq edibdir ki, Amerika xalqının hərəkatı Vaşinqtonun bəşəriyyətə zidd mahiyyətinin üzə çıxarılması istiqamətində tezliklə nəticə verəcək.

 

 

 

Teqlər