İyun 30, 2020 18:27 Asia/Baku
  • İran sanksiya şəraitinə rəğmən, dünya imperializmini məğlub edə bilibdir

İranın düşmənin psixoloji əməliyyatlarının iri həcmi qarşısındakı qələbələrinə işarə edən Sepah-ın baş komandanı bildirib ki, İran İslam Respublikası sanksiya şəraitinə rəğmən, Amerikanın başçılıq etdiyi dünya imperializmini məğlub edə bilibdir.

SəhərAzəri xəbər verir, general-mayor pasdar Hoseyn Səlami Tehranda keçirilən bir mərasimdə vurğulayıb: İran İslam Respublikasının düşmənlərinin əsaslı problemlərlə üzləşdiklərinə görə, İran onları daha çox silsilə məğlubiyyətlərə düçar edə bilər.

Sepah-ın baş komandanı bildirib ki, elm, texnologiya və tibb sahələrində inkişaf və öncüllük iddiasında olan ölkələr koronavirus pandemiyası şəraitində tibb sahələrində faydasızlıqla üzləşdilər. O, deyib: İranın tibb qrupları öz öhdəliklərindən daha geniş şəkildə hərəkət edərək, ölkə üçün dəyərli uğurlar gətirdilər.General Səlami söyləyib: İslam İnqilabı və İran xalqının düşmənləri elə təsəvvür edirdilər ki, İran İslam Respublikası koronavirus qarşısında dizə çökəcək. Sağlamlıq icmasının həkimləri, şəfqət və digər işçilərinin səyləri səhiyə və müalicə sahəsində İran üçün parlaq bir nəticə nümayiş etdirdi.

Teqlər