İyul 02, 2020 15:09 Asia/Baku
  • «Nətənz» nüvə saytında tikilən qurğuda hadisə baş verib

İran Atom Enerjisi Təşkilatının sözçüsü «Nətənz» nüvə saytının açıq ərazisində tikilməkdə olan üstüörtülü qurğulardan birində hadisənin baş verməsindən xəbər verib.

SaharAzeri xəbər verir, Behruz Kəmalvəndi söyləyib: Hadisə heç bir insan tələfatına bais olmayıb və bu məcmuənin cari fəaliyyətinə heç bir xələl gətirməyibdir.

İran Atom Enerjisi Təşkilatının sözçüsü bildirib: Çirklənmənin baş verməsi ehtimalı baxımından da, qeyd olunan kompleksin qeyri-fəal olmasına görə, heç bir nigarançılığa səbəb yoxdur və hazırda təşkilatın ekspert qrupları hadisə yerində bu olayın səbəblərini araşdırmaqdadırlar.

Teqlər