İyul 03, 2020 19:54 Asia/Baku
  • Nətənz nüvə saytındakı hadisənin səbəbi məlum olub

İran Ali Milli Təhlükəsizlik Şurası katibliyinin sözçüsü Nətənzdə Şəhid Əhmədi Roşən adına nüvə kompleksində baş vermiş hadisənin əsas səbəbinin məlum olmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İran Ali Milli Təhlükəsizlik Şurası katibliyinin sözçüsü Keyvan Xosrəvi deyib: Əlaqədar orqanlar tərəfindən aparılan texniki-təhlükəsizlik araşdırmalar cümə axşamı günü səhər Nətənzdə Şəhid Əhmədi Roşən adına nüvə kompleksində baş vermiş hadisənin əsas səbəbini dəqiq şəkildə müəyyən edibdir.

O, bu hadisənin baş verdiyi ilk saatlardan həyata keçirilən Nətənz saytındakı hadisənin nəzərdən keçirilməsi və dəyərləndirilməsi üzrə müxtəlif məsul bölmələrin ekspertlərinin iştirakları və fəaliyyətlərinə toxunub və belə qeyd edib: Bu olayın səbəbi haqdakı müxtəlif fərziyyələr yaranmış dağıntının miqdarı, tərzi və təsirlərinin dəqiq şəkildə öyrənilməsi ilə nəzərdən keçirilib və hadisənin əsas səbəbi müəyyən edilibdir.

Xosrəvi sonra söyləyib: Bəzi təhlükəsizlik mülahizələrinə görə, bu hadisənin səbəbi və baş verməsi tərzi münasib zamanda elan olunacaq.

İran Ali Milli Təhlükəsizlik Şurası katibliyinin sözçüsü sonda Nətənz nüvə kompleksində inşa edilməkdə olan üstüörtülü qurğuya dəyən xəsarətin məhdud olduğunu vurğulayıb. Bildirib ki, hadisə yerində heç bir nüvə maddəsi mövcud olmayıb və bu olayın baş verməsi zamanı radioaktiv maddələrin sızması məsələsi əsla mövcud deyildir.

Teqlər