İyul 04, 2020 23:05 Asia/Baku
  • Zərif: İran ən azı altı dəfə Nüvə Sazişindəki mübahisələrin həlli mexanizmini işə salıb

İranın xarici işlər naziri Tvitter mesajında bildirib ki, İran bu günə qədər Hərtərəfli Birgə Fəaliyyət Planında mübahisələrin həlli mexanizmini ən azı altı dəfə aktivləşdirib.

SəhərAzəri xəbər veriri, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Tvitter mesajında  İranın Nüvə Sazişi ilə bağlı mübahisələri tənzimləmə mexanizmini aktivləşdirmək üçün son addımını xatırladıb.
Bu barədə o, Tvitter-də yazıb: “Yalançı hay-küylərə inanmayın, İran bu günə qədər Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində mübahisələrin həlli mexanizmini ən azı altı dəfə işə salıb ki, ABŞ və üç Avropa İttifaqına üzv dövlətin Nüvə Sazişi tələbatına zidd əməlləri ilə əlaqədar olub.”
Zərif daha sonra İranın bu hərəkətinin tarixlərinə işarə edib:
- 16 dekabr 2016-cı il ABŞ tərəfindən pozuntularla əlaqəli
- 10 May 2018 ABŞ tərəfindən pozuntularla əlaqəli
- 17 iyun 2018 ABŞ tərəfindən pozuntu ilə əlaqədar
- 6 Noyabr 2018 ABŞ və üç Avropa ölkəsi tərəfindən pozuntularla əlaqəli
- 8 May 2019 ABŞ və üç Avropa ölkəsi tərəfindən pozuntularla əlaqədar
- 2 iyul 2020 üç Avropa ölkəsi tərəfindən pozuntularla əlaqəli.
Mesajın sonunda İranın Xarici İşlər Naziri Tvitterdə yazdı ki, tezliklə bununla bağlı bütün məktublarını dərc edəcək.
Qeyd edək ki, İranın xarici işlər naziri Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi və koordinatoru Cozep Borrelə ünvanladığı məktubda bir daha Avropa ölkələrinin Əhatəli Müştərək Təşəbbüs Proqramından irəli gələn öhdəliklərinə sədaqətsizlikləri ilə bağlı bu anlaşmanın 36-cı maddəsinə əsasən, ixtilafların həlli üzrə müştərək komissiyaya müraciət edib.

Teqlər