İyul 12, 2020 20:07 Asia/Baku
  • İran və Azərbaycan Respublikası bədxahlarının puç hərəkətləri uğursuz qalıb

İranın Bakıdakı səfiri deyib ki, bədxahların Tehran ilə Bakı arasında ixtilaf salmaq üzrə puç hərəkətləri daima uğursuz qalıbdır.

SəhərAzəri xəbər verir, Cavad Cahangirzadə bu gün yayılan Press-Klub saytı ilə müsahibəsində koronavirus pandemiyası nəticəsində ölkələr arasında ticarət mübadilələrinin dayanmasına işarə ilə qeyd edib ki, İran-Azərbaycan Respublikası sərhədləri tranzit və əmtəə mal mübadiləsi sahəsində açıq qalmaqda davam edir.

Cahangirzadə həmçinin Araz çayı üzərində Xudafərin və Qız Qalası su bəndlərinin inşasına toxunub və belə deyib: Bu iki su bəndinin inşası barədə Tehran ilə Bakı arasındakı əməkdaşlıq sənədi bir daha sübut etdi ki, İran sözdə deyil, əməldə Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmən tanıyır və ona hörmətlə yanaşır.

Cahangirzadə sonra Qarabağ münaqişəsinin dinc həll yolları barədə söyləyib: Qarabağ böhranı uzun və təhlükəli bir böhrana çevrilibdir və bu münaqişəyə son qoymaq üzrə hər cür həll yolu dinc, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və bu barədəki BMT qətnamələrinə əsaslanan həll yolu olmalıdır.

Teqlər