İyul 13, 2020 13:59 Asia/Baku
  • İran Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəd gərginliyinin dinc həllinə hazırdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehranın Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəd gərginliyinin dinc həllinə hazır olduğunu bildirib.

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi bu gün bir mətbuat konfransında Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəd gərginliyinə toxunub. O, iki tərəfi təmkinli olmağa və məsələləri siyasi cəhətdən həll etməyə çağırıb və söyləyib: İran bir daha bu məsələlərin dinc həllinə öz hazırlığını elan edir.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi həmçinin düşmənlərin İran və Çinin əhatəli əməkdaşlıq proqramına qarşı hücumlarına işarə edib. Deyib ki, bu hücumların mütləq şəkildə xarici kökü var və əks-inqilabçı qrupların bu sahədəki hərəkətləri hamıya məlumdur.

Musəvi söyləyib: İran-Çin əməkdaşlığı ilə düşmənlərin təbliğat vasitələri, zalımcasına sanksiyaları və iqtisadi təzyiqləri təsirsiz olacaq.

İranın diplomatiya aparatının sözçüsü ABŞ prezident seçkilərinə də işarə edib. Bildirib ki, İran üçün Amerikanın daxili məsələlərinin və ya hansı şəxsin və partiyanın hakimiyyətə gəlməsinin o qədər də əhəmiyyəti yoxdur.

O sonra deyib: Amerika rejimi beynəlxalq orqanlar üzərindəki hökmranlığına görə, öz qanunsuz siyasətlərini yürüdə bilməz və bu ölkə prezidentinin fikrinin əksinə olaraq, qanunun hakimiyyəti dövrü bitməyibdir.

Musəvi avropalıların nüvə anlaşmasına olan münasibətlərini də tənqid edib və belə deyib: Avropalılar öz öhdəliklərinə əməl edə bilmədiklərinə görə, elan və tətbiq olunan orta mövqeni tuturlar ki, bu rəftar İran üçün qəbuledilməzdir.

O, Nətənz hadisəsinə də toxunub və belə deyib: İran bu hadisənin səbəbini yekunlaşdırmaqdadır və əgər bu hadisədə bir hökumət və ya rejimin rolunu

Teqlər