İyul 31, 2020 11:40 Asia/Baku
  • Amerikanın İran xalqına qarşı sanksiyaları cinayətdir

İslam İnqilabının Böyük Rəhbəri bu gün səadətli Qurban bayramı münasibətilə canlı televiziya çıxışında vurğulayıblar ki, Amerikanın İran xalqına qarşı sanksiyaları cinayətdir.

SəhərAzəri xəbər verir, Həzrət Ayətullahuluzma Xamenei düşmənin sanksiyalarda məqsədinin qısa, orta və uzunmüddətli, həmçinin kənar məqsədli adlandırıb və belə deyiblər: Qısa müddətdə məqsəd, İran xalqını təngə gətirməkdir. Orta müddətdə hədəf, İranın elmi inkişafının qarşısını almaq, uzunmüddətdə məqsəd isə dövləti və ölkəni iflasa uğratmaq və İran iqtisadiyyatını dağıtmaqdır.

O həzrət sonra belə qeyd ediblər: Onların kənar məqsədləri, İranın regiondakı müqavimət cərəyanları ilə əlaqəsini kəsməkdir. Bunu xəbis düşmən sanksiyalar tətbiq etməklə həyata keçirmək istəyirdi, lakin olmadı və olmayacaqdır da. Bunu özləri də etiraf ediblər.

İslam İnqilabının Böyük Rəhbəri sanksiyanın problemlər yaratdığını və buna şübhənin olmadığını bildirərək, söyləyiblər: Ölkənin bütün problemləri sanksiya ilə bağlı deyil. Onların müəyyən hissəsi müdiriyyət zəifliyindən irəli gəlir və bir qismi də koronavirusla əlaqədardır.

Amerikanın həqiqətləri təhrif etmək və gerçəklikləri tərsinə göstərməyə çalışdığını bildirən Həzrət Ayətullahuluzma Xamenei deyiblər: Təhrifdə məqsəd, iki məsələdir; biri, xalqın əhval-ruhiyyəsinə zərbə vurmaq, digəri isə problemin aradan qaldırılması üçün yanlış ünvan vermək.

O həzrət belə qeyd ediblər: Amerikanın bu gün İrandan istəyi, nüvə sənayesinin tam şəkildə kənara qoyulması, müdafiə gücünün son dərəcə azaldılması və regional qüdrəti boşlamaqdır, amma bu istəklərin qəbul olunması mütləq şəkildə Amerikanın geriyə çəkilməsinə səbəb olmayacaqdır və heç bir ağıl da təcavüzkarı dayandırmaq üçün onun istəklərini yerinə yetirməyimizi hökm etmir.

Həzrət Ayətullahuluzma Xamenei əsas düşmənin, yəni Amerikanın problemlərini İranın problemlərilə müqayisəolunmaz və olduqca böyük poblemlər adlandırıb. O həzrət Amerikanın/ bu ölkə polisi tərəfindən rəhmsizlik, qətl və işgəncə ilə nəticələnən zəif ictimai idarəçilik, koronavirus məsələsində müdiriyyət problemləri, geniş miqyasda işsizliklər, iqtisadi problemlər, irqi ayrı-seçkilik, xalq təbəqələri arasındakı böyük fərq kimi bugünkü problemlərini sadalayaraq, bildiriblər ki, bu gün Amerika dünya səviyyəsində mənfur və təcridolunmuş vəziyyətdədir.

O həzrət vurğulayıblar: Amerikadakı cari hadisələr kül altında gizlənmiş bir oddur ki, alovlanıb və onu yatırtsalar da yenidən alovlanacaq və Amerikanın hazırkı hökumət quruluşunu aradan götürəcək, zira bu quruluşun siyasi və iqtisadi fəlsəfəsi yanlış olaraq, məhvolmaya məhkumdur.

Həzrət Ayətullahuluzma Xamenei öz bəyanatlarının digər bir hissəsində belə söyləyiblər: 1397-ci günəş ilində və Amerikanın nüvə anlaşmasından çıxmasından sonra təəssüflə, ölkə aylarla avropalıların öz vədlərinə əməl etmələrini gözlədi. O həzrət sonra deyiblər: Avropalılar Amerikanın sanksiyaları ilə mübarizə üçün heç bir iş görmədilər və İNSTEKS adında irəli sürdükləri məsələ də həyata keçməyən bir oyun idi.

İslam İnqilabının Böyük Rəhbəri öz çıxışlarının bu hissəsini yekunlaşdıraraq, vurğulayıblar: Sanksiyaların əlacı, ciddi-cəhd tələb edən daxili imkanların fəallaşdırılmasıdır.


Ali Rəhbərin çıxışının video çarxında burada baxa bilərsiniz.

 

Teqlər