Noy 27, 2020 21:19 Asia/Baku
  • İranlı alimin terrorunda İsrailin rolunun ciddi əlamətləri var

Xarici işlər nazirimiz, Sionist rejimin ölkəmizin görkəmli elm adamının terror edilməsində rolunun ciddi əlamətlərinin olduğunu vurğuladı.

SəhərAzəri xəbər verir, xarici işlər nazirimiz cümə gecə saatlarinda bir Tvitdə ölkəmizin görkəmli aliminin Dəməvənddə terror edilməsinə işarə edərək yazıb: "Terrorçular bu gün görkəmli bir İran aliminə sui-qəsd etdilər. İsrailin rolunun ciddi əlamətlərinin olduğu bu alçaqlıq, cinayətkarların çarəsizlikdən cinayətə üz tutduqlarını göstərir.  İran beynəlxalq ictimaiyyəti - xüsusilə Avropa Birliyini - biabırçı ikili standartlarına son qoymağa və bu dövlət terror aktını qınamağa çağırır".

Teqlər