Noy 30, 2020 16:00 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 668 mini keçdi

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on üç min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 371 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on üç min 321 yeni COVID-19 xəstəsi aşkar edilib. 2 277 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 962 min 70 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 371 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 48 min 246 nəfərə çatıbdır. Aktiv xəstə sayı da 5 852 nəfərdir.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 668 min 151 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər