Dek 31, 2020 21:02 Asia/Baku
  • İstanbulda dördəsrlik tarixə malik iranlılar məscidi

İranlıların dördəsrlik tarixə malik olan məscid və qəbiristanlığı Türkiyənin İstanbul şəhərindəki tarixi abidələrdəndir.

SəhərAzəri xəbər verir, İranlıların Anadolu diyarındakı mədəni-dini simvol və məkanları uzun keçmişə malikdirlər.

İstanbulun Avropa hissəsində və bu şəhərin qədim bazarının mərkəzində yerləşən «Validə Xan» məscidindən tutmuş qitənin Asiya hissəsindəki o tayınadək iranlıların qədim yadigarları yaşamaqda davam edirlər.

Üsküdar bölgəsindəki iranlılar məscidi həmişə ilin müəyyən günlərində dini mərasimlərin keçirildiyi məkandır. Təxminən 400 il bundan əvvəl tikilmiş bu məscidin yaxınlığında yerləşən 400 illik tarixə malik qəbiristanlıqda çox sayda mərhum əbədiyyətə qovuşubdur.

Uzaq keçmişdən olan ədəbi, tarixi və siyasi şəxsiyyətlər bu məkanda əbədi yuxuya gediblər. Onlar Osmanlı yazılı əsərlərində xatırlanırlar.

İranlı yazıçı, incənət xadimi və jurnalisti professor Məhəmməd Kazımzadə Azad iranlıların qəbiristanlığında sonuncu dəfn olunan şəxsiyyətlərdəndir.

Onun qızının sözlərinə görə, atası 35 il müddətinə İRNA xəbər agentliyinin İstanbul bürosunda çalışıb və Türkiyənin siyasi durumu ilə tam tanış olub.

Həftə ərzində iranlıların bir çoxu bu qəbirlərin üstünə gəlir və öz əzizləri üçün fatihə oxuyurlar. Bir neçə əsr bundan öncədən qalan bu qəbiristanlıq və onun yaxınlığındakı məscid indi iranlıların İstanbuldakı irsi sayılırlar.

Teqlər