Yan 11, 2021 13:50 Asia/Baku
  • Xətibzadə:

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "İran Ukrayna təyyarəsinin qəzaya uğraması hadisəsində məsuliyyət daşıyan bir dövlət kimi müstəqil və texniki bir çərçivədə cavabdehdir və iflasa uğramış ünsürlərin siyasi oyunları və saxta təzyiqlərinə tabe olmayacaq".

SəhərAzəri xəbər verir, Səid Xətibzadə jurnalistlərlə keçirdiyi həftəlik brifinqdə, Ukrayna təyyarəsinin qəzaya uğraması barədə deyib: "Bu hadisədə təqsirləndirilən şəxslərin məhkəmə prosedurları izlənilir və qanunlara uyğun olaraq, ciddi şəkildə davam edir".

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İranın uranı 20 faiz zənginləşdirməsi ilə bağlı Avropa Troykasının bəyanatı barədə deyib: "Bu ölkələr nəinki öz öhdəliklərinə əməl etmədilər, həmdə Əhatəli Müştərək Təşəbbüs Proqramının pozulmasında ABŞ-ın cinayət ortağıdırlar".

Xətibzadə Koreyalı heyətin Tehrana səfəri barədə isə deyib: "Bu səfər Seulun Tehrana olan borcu ilə əlaqədar həyata keçirilib, üstəlik İranın Cənubi Koreyada dondurulmuş pulları da ən tez bir zamanda geri qaytarılmalıdır". 

Xətibzadə ABŞ-ın Yəmən Ənsarullahına qarşı sanksiya tətbiq etmə cəhləri barədə deyib: "ABŞ-ın müflis hökumətinin özünün son günlərində ABŞ-ın imicinə daha bir zərbə endirməsi və bu ölkənin mirasını daha da zəhərləməsi heç də gözlənilməz deyil".

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi, ABŞ-ın Əl-Həşdüş-Şəbi Təşkilatının sədri Falih Əl- Fəyyaza qarşı sanksiya tətbiq etməsini qınayaraq, əlavə edib: "Bu məsələ ki, İraqda tamamilə dövlət bir qurumunun rəhbəri ABŞ-ın şər niyyəti və sanksiyalarına tuş gəlib, ABŞ-ın Qərbi Asiya bölgəsindəki xoşagəlməz vəziyyətini göstərir".

İranın diplomatiya aparatının sözçusu ABŞ-dakı son hadisələr və Trampın tərəfdarlarının Konqresin binasına daxil olmasına münasibət bildirərkən deyib: "ABŞ-ın ən rüsvayşı hökuməti Ağ Evi ən rüsvayçı şəkildə tərk edir; Bütün dünyada ABŞ hökumdarları tərəfindən bir çox qanlar nahaq yerə axıdılıb və bu ölkə rəsmiləri nahaq yerə tökdükləri qanlar üçün bir gün cavabdeh olmalıdırlar".

Teqlər