Yan 15, 2021 13:33 Asia/Baku
  • ABŞ-ın sanksiyaları qaldırmadan nüvə anlaşmasına qayıtması bacalmadır

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri deyib ki, ABŞ-ın sanksiyaları aradan qaldırmadan nüvə anlaşmasına qayıtması bir bacalmadır.

SəhərAzəri xəbər verir, İranın Xarici Əlaqələr Strateji Şurasının sədri və Nüvə Anlaşmasının İcrasına Nəzarət Şurasının üzvü Kamal Xərrazi nüvə anlaşmasının beynəlxalq bir sənəd olduğunu bildirib və belə vurğulayıb: Əgər Avropa ölkələri Amerika olmadan nüvə anlaşmasını öz əvvəlki vəziyyətinə qaytarmaq istəyirlərsə, öncə, indiyədək əməl etmədikləri öhdəliklərinə əməl etməli və sanksiyaları qaldırmalıdırlar.

O, bəzi amerikalıların İranın raket və regional fəaliyyətləri də daxil olmaqla nüvə anlaşması danışıqlarının yenidən başlanacağı barədəki iddialarını rədd edərək, deyib: Bu sözlər bir növ bacalmadır, zira nüvə anlaşması konkret və qəti bir sənəddir; onun çərçivəsi məlumdur və İranın regional və raket problemlərilə heç bir əlaqəsi yoxdur.

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri söyləyib: İran İslam Respublikası son qırx ildən çox müddət ərzində ölkənin milli mənafeyi və müstəqilliyi haqqında danışıqlar aparmadığını nümayiş etdirib və bütün təzyiqlər qarşısında dayanıbdır.

ABŞ-ın və Avropa ölkələrinin bir sənədi imzaladıqları, lakin öhdəliklərini pozduqlarını xatırladan Xərrazi bildirib: Amerika bu beynəlxalq anlaşmadan çıxmaqla yanaşı, 1500-dən çox İran şirkəti və ya fərdinə sanksiya tətbiq edibdir ki, bu da İrana böyük xəsarətlər vurubdur.

Teqlər