Yan 19, 2021 19:06 Asia/Baku
  • İİR Ordusunun xüsusi qüvvələrinin 65-ci diviziyasının kombinə edilmiş əməliyyatı

İran İslam Respublikası Ordusunun xüsusi qüvvələrinin 65-ci diviziyası Məkran sahillərində keçirilən «Qüdrət-99» hərbi təlimlərində kombinə edilmiş əməliyyatı uğurla icra edib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası Ordusunun xüsusi qüvvələrinin 65-ci diviziyası bu gün «Qüdrət-99» hərbi təlimlərində səyyar hava əməliyyatını həyata keçirərək, kombinə edilmiş surətdə və eyni zamanda sızma və hücum əməliyyatını müvəffəqiyyətlə həyata keçirib.

65-ci diviziyanın dalğıcları hərbi təlimlərin bu hissəsində iki qrupa ayrılıblar. Onlar Çinook vertolyotları ilə suyun üzərinə enib, dənizin dibinə girərək, dəniz hədəflərini məhv ediblər. İkinci qrup da sahildə quraşdırılmış bazaları məhv etməklə öncədən təyin edilmiş hədəflərə nail olublar.

Ordunun quru qoşunlarının aviasiya təşkilatının müxtəlif tipli vertolyotlarının himayəsi ilə Oman dənizi sularında və su üzərində quru qoşunlarının dalğıc paraşütçülərinin kombinə edilmiş əməliyyatı, həmçinin dəniz səviyyəsində düşmənin rabitə, radio-elektron savaş və komandanlıq-nəzarət sisteminə xələl gətirmək/ bu hərbi təlimlərdə işldəilən taktikalardan biri olub və uğurla icra edilibdir.

İran İslam Respublikasının Ordusunun Quru Qoşunlarının «Qüdrət-99» hərbi təlimləri bu gün Məkran sahillərində hava-desant, xüsusi qüvvələr və sürətli reaksiya diviziyalarının iştirakı və aviasiya qüvvələrinin dəstəyilə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Aviasiya Təşkilatı səviyyəsində başlanıb.

Teqlər