Fev 23, 2021 09:40 Asia/Baku
  • ABŞ-ın nüvə anlaşmasındakı tamahkarlıqları davam edir

ABŞ dövlət katibi bu ölkənin qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasına işarə etmədən iddia edib ki, əvvəl, İran anlaşmadakı öhdəliklərinə geri dönsün.

SəhərAzəri xəbər verir, Entoni Blinken BMT-nin İsveçrənin Cenevrə şəhərindəki Avropa qərargahında keçirilən tərkisilah konfransında iddia edib ki, əgər İran öz nüvə anlaşması öhdəliklərinə geri dönərsə, Amerika da oxşar addımı atacaqdır.

Amerikanın Konnektikut ştatından olan demokrat senator Kris Murfi də öz tvittlərində idida edibdir ki, nüvə anlaşmasının bərpası İran və Amerikanın eyni zamanda və qarşılıqlı şəkildə bu nüvə anlaşmasına sədaqətinə ehtiyac duyur.

Co Baydenin başçılıq etdiyi ABŞ-ın yeni hökuməti bu ölkənin sabiq prezidenti Donald Trampın İran qarşısındakı siyasətinin uğursuz qaldığını etiraf edərək bildiribdir ki, nüvə anlaşmasından birtərəfli qaydada çıxış Vaşinqtonun beynəlxalq təcridinə səbəb olduğuna görə, Amerikanı BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi bu anlaşmaya geri döndərmək niyyətindədir.

Bununla belə, Bayden hökumətinin üzvləri keçən günlərdə deyiblər ki, onların nüvə anlaşmasına geri dönmələri İranın öz cavab addımlarından geri çəkilməsindən sonra baş tutacaq. Bu sözlər elə bir halda söylənir ki, Vaşinqton nüvə anlaşmasını pozaraq, birtəfərli surətdə ondan çıxıbdır.

İran İslam Respublikası daima vurğulayır ki, Vaşinqtonun anlaşmanı pozan tərəf olduğuna və Tehranın öhdəliklərinin azaldılmasının ABŞ-ın qeyri-qanuni hərəkətlərinə cavab olaraq həyata keçirildiyinə görə, Tehran tərəfindən hər hansı bir addım, sanksiyaların aradan qaldırılmasından sonra atılacaqdır.

Teqlər