Fev 27, 2021 17:21 Asia/Baku
  • Xətibzadə: İran Suriya xalqının kənarında qalacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü Suriya rəsmiləri ilə görüşündə İranın keçmişdə olduğu kimi Suriya xalqının yanında qalacağını vurğuladı.

SaharAzeri İRNA-a istinadən xəbər verir:  Suriyada səfərdə olan İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Suriyalı rəsmilərlə görüşərək İranın keçmişdə olduğu kimi iqtisadi yenidənqurma və mədəni əməkdaşlıqda Suriya hökuməti və xalqının kənarında qalacağını vurğuladı.

Xətibzadə, həmçinin Suriya Xarici İşlər naziri Feysəl Meqdad ilə görüşərək İran və Suriya Xarici İşlər Nazirlikləri arasında mədəni və media əməkdaşlığı barədə müzakirə aparıb.

Görüşdə Suriya xi naziri iki ölkə arasında mədəniyyət və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

İranlı diplomat Suriya prezidenti Bəşər Əsədin baş məsləhətçisi Bəsinə Şəban ilə də görüşüb.

Bu görüşlər zamanı İran Xarici İşlər Nazirliyinin sözçüsü iki ölkə arasında mədəni və media əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini vurğuladı və Suriya xalqının müqavimətinin terror qruplarının məğlubiyyətinə səbəb olduğunu söyləib.

Suriya rəsmiləri də bu görüşlərdə Suriya xalqının İranın Suriya xalqına dəstəyini heç vaxt unutmayacağını vurğulaıb.

İran rəsmisi, Suriya Diplomatik Akademiyasında çıxış etdiib və bu ölkə Strategiya Araşdırmalar İnstitutunda iştirakla yanaşı, Suriya müxbirlərinin müxtəlif suallarını cavablandırdı.