Mart 07, 2021 15:31 Asia/Baku
  • İranın «Məsaf» tipli modern hücum silahı təqdim olunub

İran müdafiə nazirinin iştirakı ilə tamamilə İran məhsulu olan «Məsaf» tipli modern hücum silahı təqdim olunub.

SəhərAzəri xəbər verir ki, İran müdafiə nazirliyinin təşkilatçılığı ilə keçirilən silahlı qüvvələrin 13-cü «gənc əsgər» festivalı ilə bir zamanda, müdafiə naziri briqada generalı Əmir Hatəmi tamamilə İran məhsulu olan «Məsaf» tipli modern hücum silahını və bir neçə idman silahını təqdim edib.

«Məsaf» silahı hava ilə soyuyan yüngül bir silahdır.

Bütün konstruksiya, düzəltmə və istehsal etapları daxili mütəxəssislərin əlləri ilə İranın müdafiə sənayesi təşkilatında həyata keçirilən bu silah İran İslam Respublikası Ordusunun Quru Qoşunlarına təhvil veriləcək.

Teqlər