Mart 07, 2021 16:00 Asia/Baku
  • Ruhani: Avropa ƏMTP ilə bağlı hərəkətsizliyə son qoysun

İİR Prezidenti Həzən Ruhani İrlandiyanın xarici işlər naziri Simon Cavouni ilə görüşüb.

SəhərAzəri xəbər verir ki, Həsən Ruhani bu gün, bazar Tehranda İrlandiyanın xarici işlər naziri Simon Cavouni ilə görüşü zamanı deyib: "BMT Təhlükəsizlik Şurası, ı bu təşkilatın qətnaməsini pozduğuna görə ABŞ-ın keçmiş rəhbərliyinə qarşmüvafiq tədbirlər görməli idi."

İran İslam Respublikası Prezidenti Həsən Ruhani, qeyri-qanuni sanksiyaların uğursuzluğuna və ABŞ-ın İran xalqına göstərdiyi maksimum təzyiqə və  yeni hökumətinin etirafına toxunaraq əlavə edib: "Əəhatəli Müştərək Təşəbbüs Proqramı çoxtərəfli beynəlxalq bir razılaşma olaraq aktivləşdirilməsi, ABŞ sanksiyalarının ləğvi və bütün öhdəliklərinin yerinə yetirilməsindən asılıdır. "

Prezident Ruhani əlavə edib: "İran Nüvə Razılaşmasının qorunmasına sadiqdir və bunun əvəzini ödəyən yeganə tərəfdir, lakin bu vəziyyət bu şəkildə davam edə bilməz."

Ruhani, İranın İslam Şurası Məclisinin qərarına əsaslanan Əlavə Protokolun tətbiq edilməsini dayandırma hərəkətinə toxunaraq vurğulaıb: "Əlavə Protokolun tətbiqinin dayandırılmasına baxmayaraq, İran hələ də Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etmək qərarındadır. "

Ruhani qeyd edib: ABŞ-ın qanunsuz sanksiyaları ləğv edildikdən və təhdid və təzyiq siyasətindən imtina etdikdən sonra İran, Əhatəli Müştərək Təşəbbüs Proqramının müddəalərinə uyğun olaraq dərhal öhdəliklərini yerinə yetirməyə hazırdır."

Prezident, eyni zamanda iqtisadi-ticarət əlaqələri başda olmaqla, bütün sahələrdə Tehran-Dublin münasibətlərinin inkişaf etdirilməsini çağırdı.

İrlandiya Xarici İşlər Naziri də görüş zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampın ƏMTP müqaviləsindən çəkilməsinin tarixi bir səhv olduğunu söylədi.

 

Teqlər