Mart 20, 2021 10:24 Asia/Baku
  • Avropa üçlüyü nüvə anlaşması ilə bağlı məsuliyyətlə rəftar etsin

İran xarici işlər naziri deyib: Avropa Birliyi, Avropa üçlüyü və Amerika nüvə anlaşmasının bir nömrəli düşməni ilə koordinasiya yerinə, məsuliyyətlə rəftar etməlidirlər.

SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif cümə günü bir tvittdə İngiltərə, Fransa və Almaniya kimi üç Avropa ölkəsinin başçılarına xitabən yazıb: Avropa üçlüyü qanunsuz atom silahlarına malik olan terrorçu bir rejimin razılığını cəlb etmək üçün İrana məsuliyyətlə rəftar etməyi tövsiyə edir.

Zərif sonra deyib: Nüvə anlaşmasının yaşamasının yeganə dəlili, İranın məsuliyyətlə rəftar etməsidir.

İran xarici işlər naziri söyləyib: Avropa Birliyi, Avropa üçlüyü və Amerika nüvə anlaşmasının bir nömrəli düşməni ilə koordinasiya yerinə, məsuliyyətlə rəftar etməli və 2231 saylı qətnaməyə sadiq qalmalıdırlar.

Teqlər