Apr 05, 2021 19:41 Asia/Baku
  • General Hatəmi: İran, qəbul etdirilmiş müharibədə minanın ən böyük qurbanı oldu

İran İslam Respublikası Müdafiə Naziri, Beynəlxalq Mina təhlükəsi ilə tanışlıq və onun qarşısını almağa yardım günü münasibət ilə etdiyi müraciətdə, İranın qəbul etdirilmiş müharibə əsnasında minanın ən böyük qurbanı halına gəldiyini bildirdi.

SəhərAzəri xəbər verir ki,İranın müdafiə və Silahlı qüvvələrə dəstək naziri General Əmir Hatəmi messajında, İraq Baas rejimi ilə 8 il davam edən məcburi müharibə dövründə, İran torpaqlarının təxminən 42 min kvadrat kilometr sahəsində insan haqqlarını müdafiə etdiyini iddia edən ölkələrin istehsalı olan 20 milyon müxtəlif partlayıcı və minanın əkildiyini və İranın bu uğursuz hadisənin ən böyük qurbanı halına çevrildiyini qeyd etdi.

Müdafiə Naziri, müharibə illərindən sonra döyüş əsnasında İraq rəhbərliyinə mina tədarükü edən müxtəlif ölkələrin İrana mina təmizləmə işləri mövzusunda yardım etməkdən imtina etdiklərini və öz texnologiyalarını İran millətinə vermədiyini xatırlatdı.

 

Teqlər