Apr 09, 2021 10:21 Asia/Baku
  • Taxtı Rəvançı: Sanksiyalar ölkələrin mina təmizləmə tutumunu zəiflədər və qaldırılmalıdır

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi, tək tərəfli sanksiyaların hədəf ölkələrin mina təmizləmə tutumunu zəiflətdiyini və qaldırılması lazım olduğunu vurğuladı.

SəhərAzəri xəbər verir ki,İran İslam Respublikasının BMT-dəki  səfiri və daimi nümayəndəsi Məcid Taxtı Rəvançı, dünən Təhlükəsizlik Şurasının 'Mina Təmizləmə' mövzulu yığıncağında etdiyi çıxışda, "Minalar və digər partlayıcı döyüş qalıqları bəzi ölkələrin təhlükəsizliyi və qalarğı inkişafı üçün bir problemdir.'' dedi.

İranlı səlahiyyətli, İraqda devrilmiş Səddam dövründə Bəs rejiminin İran İslam Respublikasına hücumunun bir nəticəsi olaraq, beş İran vilayətinin, yenidən bərpa olunması, müharibənin sosial-iqtisadi inkişafını gecikdirən məcburi müharibənin digər partlayıcı qalıqlarının  hələ var olduğunu və bu minaların və qalıqların  çox sayda İran vətəndaşının şahidliyi və yaralanmasına gətirib çıxardığını' söylədi.

Sanksiyaların, mina bulaşmış ölkələrdə və digər partlayıcı döyüş qalıqlarında milli mina təmizləmə tutumunu zəiflətdiyinə işarə edən Taxtı Rəvançı, onları haqsız və qəbul edilə bilməz olaraq xarakterizə etdi və sanksiyaların dərhal qaldırılması və bunun yerinə mina təmizləmə əməliyyatları üçün lazımlı teknologiyanın idxalının asanlaşdırılmasını istədi.