Apr 12, 2021 23:09 Asia/Baku
  • Şəmxani: “ABŞ-ın İŞİD-i dəstəkləyərək İraqdakı mövcudluğunun davam etməsinə yol açmağa çalışdığı barədə etibarlı məlumatlar var”.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani iraqlı həmkarı ilə görüşündə, “İraq hökumətindən şəhid Qasim Süleymaninin cinayətinin istintaqını davam etdirməsi üçün daha çox nəticə gözləyirik”, deyərək, belə danışıb: “ABŞ-ın İŞİD-i dəstəkləyərək İraqın müxtəlif bölgələrinə köçürərək, İraqdakı mövcudluğunun davam etməsinə yol açmağa çalışdığı barədə etibarlı məlumatlar var”.

SəhərAzəri Farsnews-a istinadla xəbər verir ki, admiral Əli Şamxaninin rəsmi dəvəti ilə Tehrana gələn İraqın milli təhlükəsizlik müşaviri Qasim Məhəmməd Cəlal Əl-Əraci, bu gün (12 aprel) günorta saatlarında iranlı həmkarı ilə görüşərək, ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edib.

 Bu görüşdə Şəmxani bölgədəki qeyri-sabitliyin səbəblərini açıqlayıb və ABŞ-ı etibarsızlığın və mütəşəkkil terrorizmin ən böyük səbəbi adlandıraraq, belə danışıb: “ABŞ əsgərlərinin İraqdan çıxarılması haqqında İraq parlamentinin qanununun tətbiqinin sürətləndirilməsi sabitləşmə proseslərini gücləndirəcək və sabitləşdirəcək”.

 Müqavimət komandirlərinin, şəhid Hacı Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin terror edilməsində, təkfirçi terrorizmin gücləndirilməsində ABŞ-ın rolunu tam ifşa etdiyini və sübut etdiyini söyləyən Şamxani, belə deyib: “Bu terror cinayətini törədənlərin mühakimə olunması və cəzalandırılması iki ölkənin təhlükəsizlik əməkdaşlığının prioritetlərindən biridir və bu baxımdan şəhid Qasim Süleymaninin qonaq olduğunu nəzərə alaraq İraq hökumətindən daha çox nəticə gözləyirik”.

 Şəmxani İraqdakı İŞİD terror qruplaşmasına bağlı ünsürlərin yenidən aktivləşməsindən narahatlığını dilə gətirərək, bunları deyib: “Amerikalıların İŞİD qüvvələrini dəstəkləyərək və onları ölkənin müxtəlif bölgələrinə köçürərək İraqda qalmaları üçün etibarsızlıq yaratmağa çalışdıqları barədə etibarlı məlumatlar var”.

 O, bölgədəki və Şimali İraqdakı inqilab əleyhdarları və terrorçu ünsürlərin təhlükəsizlik əleyhinə hərəkətlərinə də toxunaraq, bu qrupların pisliyinə son qoymaq üçün Tehran ilə Bağdad arasında daha çox əməkdaşlığın vacib olduğunu vurğulayıb.

 Şəmxani iki ölkənin təhlükəsizliyini hədəfə alan böyük silah və narkotik ticarəti şəbəkələri də daxil olmaqla mütəşəkkil cinayətkarlıqla birgə mübarizə aparmağa dəvət edib.

 İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bölgədə sabitlik və təhlükəsizlik yaratmaq üçün uyğun həll yolu olaraq ümumi təhlükəsizlik təhdidləri ilə mübarizə məqsədi ilə bölgə ölkələri arasında yeni təhlükəsizlik strukturlarının yaradılmasını təklif edib və İranın buna hazır olduğunu bildirib.

 İraqın milli təhlükəsizlik müşaviri Qasim Məhəmməd Cəlal Əl-Əraci də İranın bölgədə sabitlik və təhlükəsizliyin qurulmasında və terrorizmlə mübarizədə strateji və əvəzedilməz rolunu yüksək qiymətləndirib və İran ilə İraq arasında hərtərəfli əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulayıb.

 İraq baş nazirinin əmri ilə Şimali İraqdakı terror qruplaşmaları ilə mübarizə üçün həyata keçirdiyi işləri izah edərək, bunları söyləyib: “Şimali İraqdakı terror qrupları (ABŞ tərəfindən dəstəklənən) ilə mübarizə üçün alınan qərarların həyata keçirilməsi üçün Kürdüstan Bölgəsinin səlahiyyətliləri ilə lazımi koordinasiya başladı.

 Əl-Araji, İŞİD terror qruplaşmasının ABŞ ilə əlaqəsini təsdiqləyərək, belə deyib: “Terrorçu qrupların yaxşı və pisə bölünməsi və terrorizmlə mübarizədə ikili standartların tətbiqi, terror hərəkatlarının cinayət rolunu gücləndirməkdən başqa bir nəticə verməyəcək.

 O, İraq hökumətini xarici qoşunların geri çəkilməsinə dair parlament qanununu tətbiq etməyə çağırıb və əlavə edib ki, “razılaşdırılmış cədvələ çatmaq üçün qoşunları İraqda olan ölkələrlə koordinasiyalı olaraq icra tədbirləri görülür”.

 

Teqlər