Apr 13, 2021 13:12 Asia/Baku
  • AP nümayəndəsinin Nətənz terror hadisəsinə reaksiyası

Avropa Parlamentinin irlandiyalı nümayəndəsi İranın Nətənz nüvə təsisatlarında hadisənin baş verməsini aşkar bir terror hərəkəti adlandırıb.

SəhərAzəri xəbər verir ki, Mick Wallace bazar günü Nətənz nüvə mərkəzindəki elektrikpaylama şəbəkəsində baş vermiş hadisəyə işarə ilə deyib: Sionist rejimin İranın Nətənz təsisatındakı bu təxribatçı hərəkəti sırf olaraq beynəlxalq qanunların pozulması və Vyanada keçirilməkdə olan nüvə anlaşması danışıqlarını yayındırmaq istiqamətində qəsdən atılan addım hesab olunur.

Wallace vurğulayıb ki, sionist rejimin bu hərəkəti əslində bir terror hərəkəti, özü də tamamilə açıq-aşkar surətdə həyata keçirilən terror hərəkətidir.

O, sonra vurğulayıb ki, Avropa İttifaqı və bu ittifaqın xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel bu məsələni kəskin tərzdə pisləməlidirlər.

İsveçin sabiq xarici işlər naziri Yan Eliasson dünən bir tvittdə bu haqda belə yazıb: Təəccüblüdür ki, sərhədlərdən kənar təxribatçı və zorakı hərəkətlər adi bir məsələyə çevrilib və hətta bəzi hökumətlər tərəfindən qəbul edilibdir. İranın danışıqları hazırda həssas bir etapdadır. İndi təhrikedici və meşə qanunu üzrə hərəkətlərə yer yoxdur. Ümid edirəm ki, bütün tərəflər üzərində asayiş hökm sürəcək.

Sionist rejimin on üçüncü telekanalı bazar günü «Qərb informasiya mənbələrinə istinad» iddiası ilə, bu rejimin MOSSAD casusluq təşkilatının Nətənz təsisatları hadisəsində əli olduğunu iddia etdi.

Digər tərəfdən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sözçüsü Fredrik Dahl bildirib ki, Nətənz nüvə təsisatlarında baş vermiş son hadisənin ardınca Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran hökuməti ilə təmaslarını qoruyub saxlayacaq.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu hadisəni nüvə terrorizminin təzahürü adlandırıb.

Teqlər