Apr 13, 2021 14:38 Asia/Baku
  • Zərif:

İranın xarici işlər naziri Avropa Birliyinin (AB) bir neçə İran rəsmisi və qurumlarına qarşı tətbiq etdiyi sanksiyalara reaksiyada, vurğulayıb: "Avropanın İran rəsmilərinə qarşı sanksiya tətbiq etmək üçün nə abrı var, nə də mövqeyi".

SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif Rusiyanın  xarici işlər naziri ilə keçirdiyi birgə mətbuat konfransında deyib: "Avropa insan haqları adlandırdığı boş və əsassız jestlərdən geri dönməl və gerçəkliklərə baxmalıdır. Avropalılar öz ləyaqətlərini düşünməlidirlər. Avropa mənəvi baxımdan üstün vəziyyətdə deyil. Avropa dünyaya öyüd-nəsihət verə bilməz".

İranın xarici işlər naziri əlavə edib: "Ksenofobiya və İslamofobiyanın müsəlmanlar üçün dəhşətli şərait yaratdığı bir Avropa; Bu Avropanın İran rəsmilərinə qarşı sanksiya tətbiq etmək üçün nə abrı var, nə də mövqeyi. Avropalılar bunu nə qədər tez başa düşsələr, bir o qədər tez dərk edəcəklər".

İranın nüvə anlaşması üzrə öz öhdəliklərinə qayıtmaqda heç bir problemi olmadığını vurğulayan Zərif deyib: "Amerikalılar bilməlidirlər ki, nə sanksiyalar, nə də təxribat onlar üçün müzakirə vasitəsi ola bilməz və bu hərəkətlər yalnız vəziyyəti onlar üçün daha da çətinləşdirəcək".

Rusiya xarici işlər naziri də bu görüşdə  AB-nin İrana qarşı son sanksiyalarını böyük bir səhv və cinayətdən betər adlandırıb və deyib: "AB-nin bu yanaşması onların Avropada insan haqları sahəsində nələrin baş verdiyindən xəbərsiz olduqlarını göstərir".

Lavrov, həmçinin Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə bağlı danışıqlar prosesini pozmaq cəhdlərini qınadıqlarını bildirib.

Teqlər