Apr 14, 2021 22:28 Asia/Baku
  • İran AEBA-yə məktub ünvünlayıb

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik AEBA-ya bir məktun ünvanlayaraq, Nətənz nüvə təsisatındakı təxribatı nüvə terrorizmi adlandırıb.

SəhərAzəri xəbər verir ki, İranın bu Agentlikdəki daimi nümayəndəsi Kazim Qəribabadı AEBA-nın baş direktoruna bir məktub ünvanlayaraq, Nətənzdə zənginləşdirmə müəssisəsinin təxribatını nüvə terrorizminin bariz nümunəsi kimi xarakterizə edib.

Qeyd edək ki, aprelin 11-də səhər Nətənz nüvə təsisatının elektrik paylama şəbəkəsində qəza baş verib. Rəsmi Tehran daha sonra bu hadisənin terror aktı olduğunu bildirib və bu hadisəyə görə İsrail rejimini günahlandırıb.

İsrail rejimi mediası da bu təxribatı sionist rejimə mənsub ediblər və Natanz zənginləşdirmə müəssisəsinin elektrik paylama şəbəkəsindki təxribatın kiber hücumla həyata keçirildiyini bildiriblər.

Teqlər