Apr 14, 2021 23:13 Asia/Baku
  • İran qonşu ölkələrə elektrik enerjisi ixrac etməyə hazırdır

İran İslam Respublikasının energetika naziri İranın qonşu ölkələrə elektrik enerjisi ixrac etməyə hazır olduğunu bildirib.

SəhərAzəri xəbər verir kia. İranın energetika naziri Rza Ərdəkaniyan deyib: "Hazırda İran qonşu ölkələrlə təxminən 3 min 500 meqavat elektrik enerjisi mübadilə etmə gücünə malikdir və aparılan planlaşdırmalarla bu rəqəm 10 min meqavata qədər artırıla bilər.

Ərdəkaniyan əlavə edib: "Hazırda İranla quru sərhədi olan bütün ölkələrlə mübadilə imkanı mövcuddur".

İranın Energetika naziri, həmçinin deyib: "İraqla yanaşı, İran-Azərbaycan-Rusiya marşurutu daha əlçatan bir marşurutdur və hər üç ölkənin razılığı ilə bu işi araşdırmaq üçün İranın məsləhətçi mühəndisləri seçilib və müvafiq müqavilə hazırlanıb və imzalanıbdır ki, icra olunmaq ərəfəsindədir.

Teqlər