Apr 15, 2021 12:48 Asia/Baku
  • Qüds Qüvvəsinin Komandiri Ordu Gününü təbrik etdi

İslam İnqilabı keşikçiləri korpusu (SEPAH) Qüds qüvvələrinin Komandiri General İsmayıl Qaani İran İslam Respublikası Ordusunun Baş komandiri General Seyid Abdürrahim Musəviyə bir messaj göndərərək, Ordu Gününü təbrik etdi.

SəhərAzəri xəbər verir ki,Qüds Qüvvəsinin Komandiri General Qaani General musəviyə göndərdiyi mesajda, şərəfli Ordu Günü, bu qüvvədə vəzifəsini yerinə yetirən cəsur əsgərlərin fədakarlıqlarını xatırlatdığını ifadə etdi.

General Qaani messajında, bu gün canı bahasına ölkənin istiqlalını və torpaq bütünlüyünü müdafiə edən və müqəddəs müdafiə illərində böyük qəhramanlıqlara  imza atan və İslam İnqilabı keşikçiləri korpusu  və könüllü səfərbərlərlə birlikdə müqəddəs İslami quruluşunu  müdafiə uğruna böyük cəsarət sərgiləyən cəsur qəhrəmanları xatırlama günü olduğunu vurğuladı.

General Qaani messajının davamında son illərdə də klassik ordunun müqəddəs məkanları müdafiə etmə yolunda verdiyi şəhidləri və sərgilədiyi müqavimətlə fəaliyyətlərinin qızıl səhifələrinə yenisini əlavə etdiyini qeyd etdi.

İmam Xomeyni (rh) İslam inqilabı ideallarına bağlı qalan və müdafiə edən və beyət edən ordu mənsublarını təqdir etmək üzrə günəş ili  29 fərvərdin gününü Ordu Günü elan etdi.

 

 

Teqlər