Apr 15, 2021 18:53 Asia/Baku
  • İran ordusu və SEPAH-in dəniz qüvvələri komandirləri arasında məsləhətləşmə

İran İslam Respublikası ordusu və İslam İnqilabı keşikçilər korpusunun dəniz qüvvələri komandirləri arasında bir müşavirə yığıncağı təşkil edilib.

SəhərAzərinin İRNA-ya istinadla bildirdiyinə görə İran ordusu dəniz qüvvələri komandiri admiral Hüseyn Xanzadi, İslam İnqilabı keşikçilər korpusunun  dəniz qüvvələri komandiri admiral Əlirza Təngsiri və Ordu və SEPAH komandirlərindən bir qrupun iştirakı ila Hörmüzqan mərkəzi Bəndər Abbasda bir müşavirə iclası təşkil edildi.

İclasda  İran ordusu dəniz qüvvələri komandiri admiral Xanzadi etdiyi çıxışda, Fars Körfəzi, Hörmüz boğazı, Umman dənizi və sərbəst sulardakı təhlükəsizliyin SEPAH və İslami İran ordusunun bölgədəki davamlı müqtədir varlığı ila təmin edildiyini vurğuladı.

İclasda  Çıxış edən SEPAH dəniz qüvvələri komandiri admiral Təngsiri də, bu gün ordu və SEPAH-in arasında həmrəylik, və birliyin əsas mövzu olduğunu söylədi.

 

Teqlər