Apr 20, 2021 19:51 Asia/Baku
  • İraqçı: Müzakirələr ziyadə tələbliyə gedərsə dayandıracağıq

İran Xarici işlər nazirin Köməkçisi Seyid Abbas İraqçı, nüvə anlaşması üzrə Ortaq Komissiyanın müzakirələrinin ziyadə tələbliyə doğru getməsi halında müzakirələri dayandıracaqlarını ifadə etdi.

SəhərAzəri xəbər verir ki,Vyanada bu gün başlayan nüvə anlaşması üzrə Ortaq Komissiyanın iclasi sona çatdı. Tərəflər gələcək həftə yenidən toplanacaqlar.

Müzakirədə, iş qruplarının müzakirələrinin son vəziyyəti, qaralama mətnlər və müzakirələrin necə davam etməsi masaya yatırdıldı.

İranlı başmüzakirəçi və Xarici işlər nazirinin Köməkçisi Seyid Abbas İraqçı, İran İslam Respublikasının nüvə anlaşması ilə əlaqədar yanaşma və mövqelərinə yenidən vurğu edərək, bəzi çətinliklər və problemlərə baxmayaraq mövcud müzakirə cərəyanını irəliyə doğru xarakterizə etdi.

Bu gün yığıncaqda tərəflər ayrıca gələcək həftə, sanksiyaların qaldırılması və ardından ABŞ-ın nüvə anlaşmasına dönməsi üçün lazım olan praktik tənzimləmələr mövzusunda müzakirə üçün üçüncü işçi qrupunun qurulmasını qərarlaşdırdılar.

 

Teqlər