Apr 21, 2021 13:08 Asia/Baku
  • İran ilə Pakistan arasında yeni sərhəd qapısı açıldı

İran İslam Respublikası və Pakistan səlahiyyətlilərinin iştirki ilə bu gün İran-Pakistan 3. sərhəd qapısı olan Pişin-Mənd sərhəd qapısının açılışı reallaşdı.

SəhərAzəri xəbər verir ki,İran İslam Respublikası yol və Şəhərsalma naziri Məhəmməd İslami və Pakistan Müdafiə Sənayesi nazirinin iştirakı ilə Pişin-Mənd sərhəd qapısı bu gün rəsmi olaraq açılmış oldu.

İran yol və Şəhərsalma Naziri Məhəmməd İslami, Pişin-Mənd Sərhəd Qapısının açılış mərasimində etdiyi çıxışda, İranın Pakistan ilə əlaqələri və ticari münasibətlərinin inkişafı mövzusunda Xarici işlər nazirliyinin əməkdaçlığı ilə bir neçə təməl  layihə izlədiklərini qeyd etdi.

İran yol və Şəhərsalma naziri, bu məzmunda ilk addım olaraq illər sonra Pakistan ilə ikinci sərhəd qapısı olan Rimdan Sərhəd Qapısının açılışını keçən il etdikdən sonra bu il də, Pakistan ilə 3. rəsmi sərhəd qapısının açılışını reallaşdırdıqlarını vurğuladı.

 

Pakistan Müdafiə Sənayesi naziri Zübeyde Cəlal Xan da açılış mərasimində etdiyi çıxışda, Pişin-Mənd sərhəd qapısının açılmasını iki ölkə üçün böyük və tarixi bir nailiyyət olduğunu ifadə edərək, bu hadisənin İmran Xan hökumətinin İran ilə əlaqələrin güclənməsi üzrə təəhhüdünü göstərdiyini, yeni sərhəd qapısının İran və Pakistanın ortaq mənfəətini təmin edəcəyini vurğuladı.

Pakistanlı səlahiyyətli, İslami İran və Pakistanın iki dost ölkə olub, bir çox ortaqlıqlara sahib olduğuna işarə edərək, İran ilə sərhəd, müdafiə və iqtisadiyyat sahələri daxil hər sahədə münasibət və əməkdaşlığı inkişaf etdirmək üçün qərarlı olduqlarının vurğuladı.

 

 

Teqlər